BAKI,14 may. TELEQRAF
Lüksemburqda Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyası başlayıb.
Teleqraf xəbər verir ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.
Qeyd edək ki, İclasda Avropa ölkələrində insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi müzakirə olunur.