TBİLİSİ, 14 may. TELEQRAF

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Bakıda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə üzrə milli və regional siyasətləri, mövcud çağırışları və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə iqlim dəyişikliyinin təsirini azaltmaq üçün birgə fəaliyyətlərin və təcrübə mübadiləsinin vacibliyinə xüsusi diqqət yetirilib.

D.Sonqulaşvili və M.Babayev iqlimin davamlılığı, yaşıl inkişaf və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəal əməkdaşlığa hazırlıqlarını ifadə ediblər.