BAKl, 5 may. TELEQRAF
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarusun Baş nazirini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.