BAKI, 24 mart. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı həyata keçirilən korrupsiya və terror araşdırmalarına etiraz olaraq təşkil edilən icazəsiz nümayişlərə qatılan 71 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, İstanbul Təhlükəsizlik İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 71 şübhəli saxlanılıb. 28 şübhəlinin axtarışlarının davam etdiyi açıqlanıb.