BAKI, 21 may. TELEQRAF

ICESCO Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dəstək verməyə çalışır, buna görə Qarabağ və Şərqi Zəngəzura texniki missiya təşkil edilib.

Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu çərçivədə ümumilikdə 100-dən çox obyekt ziyarət edilib.

"Əsas məqsəd dirçəlişə yardım etmək olub. Buna görə də müəyyən təşəbbüslər göstərilib", - o vurğulayıb.