BAKI, 21 may. TELEQRAF

Xarkov şəhərində müharibə şəraitində təhlükəsizlik və yaşayış imkanlarının təmin olunması əsas prioritetlərdən biridir.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə bildirib.

O qeyd edib ki, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən həyata keçirilən “UN4UkrainianCities” layihəsi və Almaniyanın dəstəyi ilə Xarkovun inkişafı üzrə baş plan hazırlanıb:

“Layihədə Böyük Britaniya, Fransa, Türkiyə və Ukraynadan olan memarlar iştirak edib”.