BAKI, 21 may. TELEQRAF

Mədəniyyəti bərpa prosesinin mərkəzinə yerləşdirmək dayanıqlılıq və inkişaf üçün ən ciddi elementdir.

Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, ICESCO-nun həyata keçirdiyi prosesi üzv dövlətlərə dəstək verən və onların namizədlik dosyelərini, sənədlərini qlobal standartlara uyğun şəkildə hazırlamalarına yardım edən tamamlayıcı mexanizm kimi qiymətləndirilir.

"ICESCO-nun böyük qürur duyduğu təşkilatın əsas proqramlarından biri olan “Mədəniyyət Paytaxtları” proqramıdır. Bu proqram uzun müddət əvvəl başlayıb. Lakin son üç-dörd ildə xüsusilə regionumuz üçün mədəniyyət paytaxtlarının seçilməsi və elan edilməsi baxımından həqiqətən qlobal platformaya çevrilib", - o vurğulayıb.