BAKI, 21 may. TELEQRAF
Ukraynada dağıntılara məruz qalmış şəhərlərin bərpası artıq konsepsiya mərhələsindən icra mərhələsinə keçir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən “UN4UkrainianCities” layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.
O qeyd edib ki, Xarkov və Nikolayev şəhərlərində müasir, inklüziv və enerji səmərəli yaşayış məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir:
“Məqsəd yalnız yeni binaların tikintisi deyil, həm də sosial infrastruktur, ictimai məkanlar və əlçatan şəhər mühitinin formalaşdırılmasıdır”.