BAKI, 21 may. TELEQRAF
Son onillikdə münaqişələrin inkişafı ilə şəhərlər, təkcə Azərbaycanda deyil, daha geniş mənada dünyanın müxtəlif urban ərazilərində, müharibələrin mərkəzinə çevrilib.
Teleqraf xəbər verir ki, bunu UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə səlahiyyətlərini müavini icra edən, Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu şəhərlərin bir çoxu, o cümlədən dünya irsi siyahısına daxil olan şəhərlər ciddi şəkildə zərər görüb.
"Onlar dağıdılıb və bu şəhərlərə həyat verən əhali və icmalar dərin şəkildə təsirlənib. Məhz buna görə də onlar bu prosesə cəlb olunublar, məsələn, məscidlərin yenidən qurulması kimi layihələrdə iştirak ediblər. Söhbət münaqişə və post-münaqişə bərpası dövründə mədəni irs və insanlardan gedir. Bu isə yalnız insanlara sığınacaq təmin etmək demək deyil, həm də onların öz evlərində qonaqları qəbul edə bilməsini təmin etməkdir. Bu da çox vaxt əsas prioritet olur.
Buna görə mənzil problemi ilə irs itkisini bir-birindən ayırmaq mümkün deyil. Bunlar eyni problemin iki fərqli ölçüsüdür. Təhlükəsizlik yanaşması da məhz buna nail olmağa çalışır", - o vurğulayıb.