BAKI, 21 may. TELEQRAF
Şəhər yenilənməsi Braziliyada əsas siyasət istiqamətidir, bu çox vacib mövzudur.
Teleqraf xəbər verir ki, bunu Braziliyanın San Paulo şəhərinin Şəhərsalma və Lisenziyalaşdırma üzrə Bələdiyyə Katibi Elizabet França Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Şəhərlərin Ehtiyac duyduğu Evlərin Maliyyələşdirilməsi - Sosial və əlverişli mənzil üçün yeni yanaşmalar" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu, insanların artıq torpağa sahib olması, həmin ərazilərə infrastrukturun çəkilməsi və torpaqların rəsmiləşdirilməsi ilə bağlıdır.