Demək olar ki, hər ölkədə ən böyük problem əlçatan və yaxşı yerləşmiş torpağa çıxışdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-dən Miyamoto mənzil üzrə baş məsləhətçi Olivia Nielsen Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Şəhərlərin Ehtiyac duyduğu Evlərin Maliyyələşdirilməsi - Sosial və əlverişli mənzil üçün yeni yanaşmalar" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hökumət bu prosesi açmağa kömək etsə və bu cür torpaqları tapıb istifadəyə versə, özəl sektor artıq qalan işi görə bilər.

"Bir çox məsələni kifayət qədər tez həll etmək olar. Bunun üçün sadə göstəricilər kifayətdir. İlk növbədə ehtiyac olan şey yaxşı yerləşmiş, düzgün bağlantıları olan, yəni iş yerlərinə yaxın, xidmətlərə yaxın bir ərazidir. Məncə, burada süni intellekt (AI) mühüm rol oynaya bilər. Bu alət hamı üçün əlçatan olsun. Beləliklə, vaxtımızı maraqlı və strateji işlərə daha çox ayıraq, uğursuz nəticələnən mümkünlüyün qiymətləndirilməsi kimi işlərə isə daha az vaxt sərf edək.