BAKI, 21 may. TELEQRAF
Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil şəhərləri birləşdirəndə: Yerli əməkdaşlıq praktikada” adlı tədbir baş tutub.
Teleqraf xəbər verir ki, tədbirdə Türkiyə və Fələstindən olan iştirakçılar çıxış edərək mənzil siyasəti, şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Çıxışlarda bildirilib ki, mənzil, nəqliyyat infrastrukturu, sosial bərabərsizlik və təbii fəlakət riskləri inzibati sərhədlərlə məhdudlaşmadığı üçün şəhərlərin idarə olunmasında metropol yanaşmasına ehtiyac var.
Qeyd olunub ki, mənzil siyasəti ayrı-ayrı bələdiyyələr deyil, inteqrasiya olunmuş regional sistemlər çərçivəsində idarə edilməlidir.
İştirakçılar həmçinin şəhərlər arasında əməkdaşlığın gücləndirilməsinin, təcrübə mübadiləsinin və beynəlxalq tərəfdaşlıqların dayanıqlı mənzil siyasətinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıblar.