BAKI, 21 may. TELEQRAF

Şəhərlərlə bağlı uzunmüddətli nəticələr üçün bilikləri bir-birimizə ötürməli, qabaqcıl təcrübələri bölüşmək lazımdır.

Teleqraf xəbər verir ki, bunu UCLG ASPAC-ın baş katibi Bernadiya İravati Çandradevi Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün boşluqların aradan qaldırılması: Şəhərlərin yerli iqlim həllərinin fəaliyyətdə sürətləndirilməsi" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin bu sahəyə investisiya cəlb edilməlidir.

"Şəhərləri birləşdirməklə birlikdə həll yolları tapa bilərik. Bəzi təcrübələrdə bunun faydası olub. Bunu Asiyadakı bəzi şəhərlərə də tətbiq etmək olar", - o vurğulayıb.