BAKI, 20 may. TELEQRAF
Zəngəzur dəhlizin reallaşdırılması istiqamətində genişmiqyaslı işlər başlanıb.
Teleqraf xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə deyib.
O bildirib ki, Horadiz–Ağbənd avtomobil yolu artıq tamamlanıb, dəmir yolunun tikintisi də başa çatmaq üzrədir.