BAKI, 20 may. TELEQRAF
Azərbaycanı İranla birləşdirən Araz çayı üzərindəki Ağbənd körpüsü üzərində aparılan işlər yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Dirçəliş və Urbisid: Dayanıqlı şəhər inkişafı və davamlı icmalar" adlı tədbirdə deyib.
O bildirib ki, bu körpü regional nəqliyyat-logistika inteqrasiyasının mühüm elementi olacaq.