BAKI, 20 may. TELEQRAF

Müsilaj (dəniz seliyi) və bənzər epidemiyaların qarşısının alınması məqsədilə həyata keçirilən "Sıfır Tullantı Mavi" təşəbbüsü çərçivəsində Türkiyədə 325 min tondan çox dəniz zibili toplanıb.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Həsən Suvar Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların İdarə Edilməsinin Dairəvi İqtisadiyyata Doğru İrəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, sıfır tullantı təşəbbüsləri sahəsində təcrübə mübadiləsini artırmaq məqsədilə Bazel Konvensiyasının Asiya və Sakit Okean Regional Mərkəzi tərəfindən 2022-ci ildə yaradılmış Beynəlxalq Sıfır Tullantı Şəhərləri Şəbəkəsinə Türkiyədən 20 bələdiyyə daxil edilib.