BAKI, 20 may. TELEQRAF
Orta Dəhlizin inkişafı regionda urbanizasiya və iqtisadi transformasiya proseslərini sürətləndirir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu təşəbbüs şəhərlərin inkişafına, logistika imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.