BAKI, 20 may. TELEQRAF

Ölkə üzrə indiyədək istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası çərçivəsində 26 mindən yuxarı nəqliyyat vasitəsi utilizasiya edilib.

Teleqraf xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların İdarə Edilməsinin Dairəvi İqtisadiyyata Doğru İrəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, artıq il yarımdır ki, işlənmiş, istifadəyə yararsız nəqliyyat vasitələri emal edilir.