BAKI, 20 may. TELEQRAF
“Bunun üçün Şəhərlər Nazirliyi yenidən yaradılıb və gecəqondu, qeyri-rəsmi yaşayış əraziləri ilə işləyən “Periferiyalar üzrə Milli Katiblik” təsis olunub.
Teleqraf xəbər verir ki, WUF13 çərçivəsində keçirilən “İqlimə uyğunlaşma, biomüxtəliflik və davamlılıq” adlı panel sessiyada Alise Karvalyo deyib.
O vurğulayıb ki, iqlim davamlılığı yalnız ayrı-ayrı layihələrlə deyil, həssas icmalar üçün inteqrasiya olunmuş ərazi siyasətləri vasitəsilə qurula bilər:
“Bu məqsədlə 2024-cü ildə “Periferia Viva” proqramı başladılıb. Proqramın məqsədi şəhər kənarlarında sosial və məkan bərabərsizliyini azaltmaqdır. Demək olar ki, bütün ölkələrdə şəhərətrafı ərazilərdə bərabarsizliyə rast gəlinir. Bildirilir ki, təkcə infrastruktur layihələri kifayət deyil. Buna görə də proqram mənzil, kanalizasiya, nəqliyyat, ətraf mühitin yaxşılaşdırılması, sosial xidmətlər və risk idarəçiliyini birləşdirən kompleks yanaşma təklif edir.
Proqram çərçivəsində UN-Habitat ilə birgə fəaliyyət planı hazırlanır. Bu plan texniki qiymətləndirmə və yerli icmaların iştirakı əsasında formalaşdırılır ki, həll yolları hər ərazinin xüsusiyyətinə uyğun olsun.
Nümunə kimi San-Paulu ştatındakı Mauá şəhəri göstərilir. Burada ilk mərhələdə təxminən 7 min nəfərin faydalanacağı infrastruktur və şəhərsalma layihələri həyata keçiriləcək”.