BAKI, 20 may. TELEQRAF

Şəhərlər əhalini, turizm fəaliyyətini və əsas xidmətləri özündə cəmləşdirsə də, daşqınlar və digər iqlim şokları qarşısında yüksək dərəcədə həssasdır və bu risklər illərlə qoyulan sərmayələri qısa müddətdə geri sala bilər.

Teleqraf xəbər verir ki, bu barədə Amerikalılar Arası İnkişaf Bankında (Inter-American Development Bank - IDB) İqlim Dəyişikliyi və Davamlı İnkişaf Sektorunun Meneceri Huan Pablo Bonilla WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışında deyib.

O qeyd edib ki, məhz buna görə ortaq çağırış şəhər inkişafı ilə maliyyələşməni daha yaxşı əlaqələndirmək, iqlim dəyişikliyindən əvvəl, onun zamanı və sonrasında davamlılığı təmin edən təsirli regional həllər yaratmaqdır:

“Niyə məhz şəhərlər? Çünki şəhərlər regionların ən böyük imkanlarını – iş yerlərini, xidmətləri və innovasiyanı – cəmləşdirir. Eyni zamanda onlar qeyri-formal məskunlaşma, infrastruktur çatışmazlığı və ekoloji təzyiq kimi ən ciddi problemlərlə üzləşir”.