BAKI, 20 may. TELEQRAF

Qeyri-rəsmi yaşayış yerlərində məskunlaşmalar nəticəsində milyonlarla insan dayanıqlı olmayan yerlərdə yaşamağa məcbur olur.

Teleqraf xəbər verir ki, bunu nigeriyalı ekoloq, Beynəlxalq İqlim Dəyişikliyi İnkişafı təşəbbüsünün həmtəsisçisi Olumıdo Idowuu Emmanuel WUF13-də təşkil edilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” adlı tədbirdə deyib.

O bildirib ki, buna görə şəhər dayanıqlılığı xilasedici yoldur.

"Bu gün media, vətəndaş cəmiyyəti, özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir. Bu hesabatlarda da öz əksini tapmalıdır. Media vasitəsilə səsimiz eşidilir. Media öz təsirini göstərməlidir", - o vurğulayıb.