BAKI, 20 may. TELEQRAF

Şəhərsalma sahəsində yaxşı və qabaqcıl praktika yalnız medianı təşviq etmək deyil, iştirakçılığı da bir alət kimi istifadə etməkdir.

Teleqraf xəbər verir ki, bunu İctimai Siyasət və Diplomatiya İnstitutunun (IPPDR, Peru) regional direktoru Blanka Judit Mujika Akuna Bakıda WUF13 çərçivəsində təşkil edilən "Mənzil və Şəhər Dayanıqlığı üzrə İctimai Çıxışların Hərəkətverici Gücü Kimi Media" tədbirində deyib.

O bildirib ki, bu sahədə yerli qurumların, bələdiyyələrin, QHT-lərin də iştirakı vacibdir.

"Media dayanıqlılıq üçün hərəkətverici qüvvə və QHT-lərlə arada körpü olmalıdır", - o vurğulayıb.