BAKI, 20 may. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusunda sessiya keçirilir.
Teleqraf xəbər verir ki, tədbir Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi və UN-Habitatın (BMT-nin Məskunlaşma Proqramı) Asiya və Sakit Okean üzrə Regional Ofisi (ROAP) tərəfindən təşkil olunur.
Tədbirdə müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə dayanıqlı şəhər inkişafı, ictimai nəqliyyatyönümlü şəhərsalma modelləri, şəhərlərdə yaşıl məkanların genişləndirilməsi, iqlim dəyişikliklərinə qarşı tədbirlər və urbanizasiya problemlərinin həlli yolları müzakirə olunacaq.
Sessiya çərçivəsində Yaponiyanın tarixən tətbiq etdiyi “Transit-Oriented Development” (TOD) yanaşması, şəhərsalmanın ictimai nəqliyyat infrastrukturu ilə inteqrasiyası və şəhərlərin yaşıl transformasiyası istiqamətində beynəlxalq təcrübə diqqət mərkəzində olacaq.