BAKI, 20 may. TELEQRAF
Türkiyədə şəhərlərimizi daha dayanıqlı və daha davamlı şəkildə yenidən qururuq. Bu prosesdə maliyyələşmə əsas aktor deyil.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “ILBANK” bankının qrup direktoru Şevket Altuğ Taşdemir WUF13 çərçivəsində keçirilən panel müzakirəsində çıxışında bildirib.
O qeyd edib ki, maliyyəyə çıxış tək problem deyil:
“Əsas məsələ “bankable” (maliyyələşdirilə bilən) layihələrin hazırlanması və icra qabiliyyətinin gücləndirilməsidir.
“Bu mərhələdə submilli institutlar, banklar və digər qurumlar kritik rol oynaya bilər və MDB-lərlə (çoxtərəfli inkişaf bankları) benefisiarlar arasında körpü funksiyasını yerinə yetirə bilər. Həmçinin, bu cür imkandan istifadə etməklə icra daha səmərəli şəkildə həyata keçirilə bilər. Türkiyədə keçiriləcək COP31 çərçivəsində bu proses təşkil olunacaq və biz ev sahibi ölkə olacağıq. COP31-in təyin olunmuş prezidenti Murat Kurum artıq bunun “implementasiya çağırışı” olacağını bəyan edib. Bu, yüksək səviyyəli dialoqdan konkret qlobal həllərə keçid deməkdir — yəni artıq icra mərhələsinə keçmək vaxtıdır”.