BAKI, 20 may. TELEQRAF
Türkmənistanın Arkadağ şəhəri “ağıllı şəhər”, təhlükəsizlik və ekoloji dayanıqlılıq prinsipləri əsasında inşa olunur.
Teleqraf xəbər verir ki, bu barədə Arkadağ şəhər merinin müavini Nazar Joytıev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, şəhərin baş planı hazırlanarkən iqlim şəraiti, seysmik vəziyyət, mühəndis infrastrukturu, yaşıl zonalar və ekoloji balans nəzərə alınıb:
“Şəhərdə müasir informasiya və kommunikasiya texnologiyalarına əsaslanan vahid idarəetmə sistemi qurulur”.
N. Joytııev əlavə edib ki, Arkadağda təhlükəsizlik məqsədilə videomüşahidə və avtomatlaşdırılmış nəzarət sistemləri tətbiq olunur.