BAKI, 20 may. TELEQRAF

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” mövzusunda tədbir keçirilir.

Teleqraf xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonunda təşkil olunan tədbirdə azad edilmiş ərazilərdə inklüziv və davamlı mühitlərin yaradılmasına Azərbaycanın strateji yanaşması müzakirə olunacaq.