BAKI, 20 may. TELEQRAF
"Azərbaycan artıq üç gün əvvəl burada Bakıda üzləşdiyimiz iqlim çağırışına operativ reaksiya verərək hazırlıqlı olduqlarını nümayiş etdirdilər. Mən söhbətə məhz bu qeydlə başlamaq istərdim, çünki bu, şəhərdə ən çox müzakirə olunan mövzu idi və bunu qeyd etməmək mümkün deyildi".
Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.
O qeyd edib ki, bu, əslində bu gün icmaların və şəhərlərin necə yaşadığının tipik nümunəsidir:
“Eşitdiyim rəqəmlərə görə, bir gün ərzində illik orta yağıntı həcmindən 400 dəfə çox yağış düşüb. Bu, həqiqətən təsir edici göstəricidir. İndi təsəvvür edin ki, qeyri-rəsmi yaşayış məntəqələrində, şəhərdən, infrastrukturdan və dəstək sistemlərindən kənarda yaşayan icmalar buna necə reaksiya verməli olurlar. Təəssüf ki, bəziləri belə hadisələrlə müntəzəm şəkildə üzləşirlər.
Söhbət yalnız daşqınlardan getmir. Onlar istilik dalğalarından, torpaq sürüşmələrindən və müxtəlif digər təbii fəlakətlərdən də zərər görürlər. Məncə, iqlim və mənzil əlaqəsi ilə bağlı müzakirələrdə kifayət qədər ön plana çıxarmadığımız əsas məsələlərdən biri də budur. Bu, bizim borcumuzdur və artıq bunu açıq şəkildə qəbul etməliyik”.