BAKI, 18 may. TELEQRAF
Azərbaycan İrpinin bərpasında bizə yaxından kömək edir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycanın rusiya təcavüzündən ciddi zərər çəkmiş İrpin şəhərindəki infrastruktur obyektlərinin yenidən qurulmasına və bərpasına fəal şəkildə dəstək verdiyini vurğulayıb.
O.Kuleba bu dəstəyin onlar üçün böyük rəmzi məna daşıdığını qeyd edib.
Ukrayna rəsmisi göstərilən bu köməkliyə və şəhərin dirçəldilməsindəki roluna görə Azərbaycan hökumətinə bir daha xüsusi minnətdarlığını ifadə edib.