BAKI, 18 may. TELEQRAF

Ukrayna Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə milli pavilyonla təmsil olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Builki tədbirin ölkəsi üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirən Oleksiy Kuleba Ukraynanın WUF tarixində ilk dəfə "Ukrayna: gələcəyimizi evdə yenidən qururuq" adlı şəxsi milli pavilyonla təmsil olunduğunu diqqətə çatdırıb.

O, bu mühüm platformanın yaradılmasına verilən dəstəyə və forumun yüksək səviyyədə təşkilinə görə ev sahibi olan Azərbaycana dərin minnətdarlığını ifadə edib.