BAKI, 18 may. TELEQRAF

Bakıda WUF tarixinin ilk Liderlər Sammiti başa çatıb.

Teleqraf xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə məhz Bakıda keçirilən bu tarixi və yüksək səviyyəli sessiyada iştirak etdiklərinə, həmçinin qlobal çağırışlara dair əhəmiyyətli müzakirələrə verdikləri töhfələrə görə dünya liderlərinə və nümayəndə heyətlərinə dərin minnətdarlığını bildirib.

Azərbaycanın belə bir mötəbər və tarixi toplantıya ev sahibliyi etməsindən böyük qürur hissi keçirdiyini vurğulayan Anar Quliyev, bu bəyanatla WUF13 çərçivəsində keçirilən Liderlər Sammitini rəsmi olaraq bağlı elan edib.