BAKI, 18 may. TELEQRAF

"Kiyev vilayətində yerləşən Borodyanka şəhəri Rusiya tərəfindən təxminən 80 faiz dağıdılmışdı. Mənzillər, məktəblər, sosial infrastruktur və bütöv yaşayış məhəllələri məhv edilmişdi".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı deyib.

O bildirib ki, şəhər sadəcə yenidən tikilməyib — təhlükəsizlik, inklüzivlik, enerji səmərəliliyi və avtonomluq üzrə bütün müasir standartlara uyğun şəkildə kompleks formada yenidən qurulub və qabaqcıl rəqəmsal həllərlə təmin edilib:

“İnsanlar yenidən öz evlərinə qayıdırlar. Məhz bərpanın əsl mənası budur. Dünyada mənzil böhranı ən böyük sosial çağırışlardan birinə çevrilir. Ukrayna üçün isə müharibə səbəbindən bu problem daha da dərin məna daşıyır. Rusiya şəhərlərimizə qarşı əsl “urbisid” həyata keçirir — şəhərlərə qarşı müharibə aparır”.