BAKI, 18 may. TELEQRAF
Serbiya və Azərbaycan Niş şəhərində qaz elektrik stansiyası inşa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı bildirib.
Serbiya paytaxtında həyata keçirilən ekoloji layihələrdən danışan A.Vuçiç Belqradda pulsuz ictimai nəqliyyat sisteminin tətbiq edildiyini və hava çirkliliyini azaltmaq üçün elektrik avtobuslarının şəbəkəsini genişləndirməyi hədəflədiklərini bildirib.
Serbiya lideri iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsini elan edərək vurğulayıb:
"Yaxın gələcəkdə azərbaycanlı dostlarımızla birlikdə Serbiyanın cənubunda yerləşən Niş şəhəri yaxınlığında qazla işləyən yeni elektrik stansiyasının inşası üzərində işləməyi səbirsizliklə gözləyirik”.