BAKI, 18 may. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi çərçivəsində görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Əli Əsədov Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib.