Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində universitetdaxili “50+50” qrant layihəsi çərçivəsində hazırlanaraq istifadəyə verilmiş virtual kitabxana fevralda fəaliyyətə başlayacaq.
BDU-dan Teleqraf.com-a bildiriblər ki, fakültənin türk xalqları tarixi kafedrasının tədris kabineti nəzdindəki kitabxanada hazırda Azərbaycan, türk, rus və ingilis dillərində “Türk xalqları tarixi” və digər fənlər üzrə 100-dək kitab, jurnal, məqalə toplusu, konfrans materialları toplanıb. Bu ədəbiyyatlardan müəllim və tələbələr istifadə edə biləcəklər.
Kitabxanadakı ədəbiyyat və materialları əldə etmək üçün türk xalqları tarixi kafedrasının elektron ünvanına ([email protected]) müraciət etmək olar.