DAŞKƏSƏN, 5 oktyabr. TELEQRAF

Daşkəsəndə qayınata kürəkənini bıçaqlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Almalı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini Abil Verdiyev bıçaq xəsarəti alıb. Araşdırmalar nəticəsində hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərovun törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.