BAKI, 18 iyun. TELEQRAF

Rəqəmsal mühitdən doğru istifadə kiçik yaşlı uşaqlara da tətbiq edilməlidir.

Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, rəqəmsal təhlükəsizliklə bağlı görüləcək işlər hələ çoxdur.

"Təhsil və tədris mərkəzlərinin edəcəkləri əsas iş maarifləndirmədir. Burada kollektiv yanaşma olmalıdır", - o vurğulayıb.