BAKI, 18 iyun. TELEQRAF

"İnsan öz məlumatlarına nəzarət etmək, onları silmək və ya geri götürmək hüququna malik olmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc Ombudsmanların Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib

"Bəzi hallarda şəxsi məlumatlar insanın xəbəri və razılığı olmadan istifadə edilə bilər ki, bu da onun hüquqlarının pozulması deməkdir. İnsan öz məlumatlarına nəzarət etmək, onları silmək və ya geri götürmək hüququna malik olmalıdır", - Zahid Oruc bildirib.