"Azərbaycanın rəqəmsal transformasiyasına şahid olmaqdan məmnun oldum. Qabaqcıl texnologiyalar xidmətlərin göstərilməsinin ayrılmaz hissəsinə çevrilib".
Teleqraf xəbər verir ki, bunu İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi bin Əli əl-Yami
Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində deyib.
"Bu təcrübə məhkəmə və hüquq institutlarının şəffaflığını və səmərəliliyini gücləndirir. Rəqəmsal innovasiyalar insan hüquqlarının müdafiəsinə, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına mühüm töhfə verir. Bununla yanaşı, süni intellektin inkişafı məxfilik, ayrı-seçkilik və digər fundamental insan hüquqları ilə bağlı əhəmiyyətli problemlər də yaradır.
Bu texnologiyaların tətbiqi zamanı insan hüquqlarının qorunması əsas prioritet olmalı və onların bütün insanlar üçün əlçatan olması təmin edilməlidir", - Hadi bin Əli əl-Yami əlavə edib.