BAKI, 18 iyun. TELEQRAF

2026-cı ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 1172,1 manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4534,6 manat, qeyri neft-qaz sektorunda 1111,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1152,5 manat, özəl müəssisələrdə isə 1191,3 manat olmub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.