BAKI, 17 iyun. TELEQRAF

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində “Agro-Lid” MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.

Teleqraf xəbər verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.