BAKI, 8 iyun. TELEQRAF
Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Turizm Təhlükəsizlik adlı təlim tədbir keçirilir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu təlim dağ bələdçiləri üçün mühüm addımdır: "Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlərin təhlükəsizliyi üçün vacib amildir. Bu sahə ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin də əsas prioritet sahələrindəndir".
Heybət Vəliyev qeyd edib ki, ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin əsas prioritet sahələrindəndir:
"Biz təbiət və aktiv turizmin inkişafına xüsusi üstünlük veririk. Eyni zamanda regionlarda bu sahənin inkişafı mühüm prioritetimizdir. Dağ piyada marşrutlarının inkişafı, xüsusilə macəra turizmində standartların qəbul olunması və dağ bələdçiliyi üzrə dünyada fəaliyyət göstərən federasiyalarla görüşlərin keçirilməsi daim diqqətimizdədir".