BAKI, 7 iyun. TELEQRAF

ASTARA, 7 iyun. TELEQRAF

Rusiya–Ukrayna müharibəsində itkin hesab olunan Azərbaycan vətəndaşının meyitinin tapıldığı bildirilir.

Teleqrafın cənub bürosu xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Qəhrəmanov Vaqif Qazı oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib.

Onun daha əvvəl Dağıstanın Xasavyurt şəhərində yaşadığı, ailəli olduğu və 5 övladının olduğu qeyd edilir.

Mənbələrin məlumatına əsasən, müharibə bölgəsində itkin düşmüş hesab edilən Vaqif Qəhrəmanovun meyitinin tapıldığı və yaxın günlərdə dəfn üçün Azərbaycana gətiriləcəyi gözlənilir.