BAKI, 6 iyun. TELEQRAF

Azərbaycanda bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, iyunun 6-sı saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.