BAKI, 26 may. TELEQRAF

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Teleqraf-a DİM-dən bildirilib.

Məlumata görə, Mirzəzadə Ayişə Mirzəxan qızı (Bakı türk liseyi), Emin Abdullah Elman oğlu (Sumqayıt şəhərində yerləşən Təbiət elmləri təmayüllü gimnaziya), Cəfərli Əli Nazim oğlu ("Naxçıvan şəhərində yerləşən M.C.Cəfərov adına 14 saylı tam orta məktəb) və Abdullayeva Gülay Ruslan qızı (Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Q.Xalıqov adına 1 saylı tam orta məktəb) sözügedən imtahanda maksimum 300 balı toplayıblar.