BAKI, 26 may. TELEQRAF
Xankəndi Şəhər Məhkəməsinə yeni hakim təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Məlumata görə, Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.