BAKI, 15 may. TELEQRAF
Azərbaycan seysmik aktiv regionda yerləşir və bu reallıq bizi binaların inşası və istismarı prosesində, ümumilikdə şəhərsalma prosesində məsuliyyətli yanaşmağa məcbur edir.
Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda deyib.
O bildirib ki, şəhərsalma modeli müasir standartlara və dayanıqlılığa cavab verməlidir:
“Məlumdur ki, şəhərsalma prosesində seysmik risklərin düzgün qiymətləndirilməsi baş verə biləcək təbii fəlakətlərin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bu istiqamətdə hüquqi bazanın genişləndirilməsi, beynəlxalq standartların tərbiqi, seysmik dayanıqlılığın artırılması və elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Seysmik risklərin idarə olunmasında region ölkələri arasında qarşılıqlı informasiya təmin edilməlidir. Bu sahədə beynəlxalq əməkdaşlıq uğurlu keçirilir”.