BAKI, 13 may. TELEQRAF
Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd Vəkillər Kollegiyasına üzv olub.
Teleqraf xəbər verir ki, onlar bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində vəkil andı içiblər və vəkil hüquqi olmaları ilə bağlı vəsiqə alıblar.
Vəkillər Kollegiyasına üzv olan 6 sabiq hakim bunlar - Tağızadə Mirzə Nəsib oğlu, Pənahov Füzuli Novruzəli oğlu, Kərimov Novruz Ağakərim oğlu, Hüseynov Cavid İbadulla oğlu, Sadıqov Anar Böyükkişi oğlu və Abdullayev Coşqun Şamil oğludur.
