BAKI, 28 aprel. TELEQRAF

"1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında açıqlayıb.

O vurğulayıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir.

"Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir. Müsabiqədə ilk dəfə iştirak edən, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin, şəhid ailəsinin üzvləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün iştirak ödənişi nəzərdə tutulmayıb".