BAKI, 9 aprel. TELEQRAF

Sumqayıtda dəm qazından zəhərlənən və virus aşkarlanan ailədəki uşaqların son durumu açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailədə 6 nəfər dəm qazından zəhərlənib. Ailənin bütün üzvləri evə buraxıldıqdan sonra dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdiriliblər. Aprelin 3-də uşaqlardan biri ölüb. İkisi isə xəstəxanadan evə buraxılıb.