BAKI, 13 fevral. TELEQRAF

Ötən ay 427 nəfər daimi yaşama üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən yanvar ayı ərzində 5348 zəng cavablandırılıb. Qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-i olduğu yer üzrə qeydiyyat, 427-i daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-i inzibati xəta ilə bağlı olub.

1434 zəng isə digər məsələlərlə bağlı olub.